Astara sərhəd-buraxılış məntəqəsi dayanmadan çalışır
24.02.2020 06:18 İqtisadiyyat

Astara sərhəd-buraxılış məntəqəsi dayanmadan çalışır

İran İslam Respublikasında yeni koronavirusa yoluxma və ölüm hallarının aşkarlanması ilə əlaqədar Astara sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində işləyir.

“MediaPost” Azərtac-a istinadən xəbər verir ki, sərhəd-buraxılış məntəqəsinin ərazisindəki gömrük postunda vaxtaşırı havalandırma və dezinfeksiya işləri aparıldığından keçiddə qısa fasilələr yaranır.

Hazırda hər iki tərəfə - həm İrana, həm də Azərbaycana vətəndaşların keçidi 24 saat ərzində fasiləsiz davam edir.

Xəbərlər departamenti

Gündəm