Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb
24.02.2020 13:30 İqtisadiyyat

Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb

"Report"un Cənub Mərkəzinin məlumatına görə, buna Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına zərurət olmadıqca qonşu ölkəyə səfərlərin təxirə salınması ilə əlaqədar etdiyi xəbərdarlıq səbəb olub.

Hazırda Astara postu gücləndirilmiş rejimdə işləyir. Koronovirus təhlükəsinə qarşı profilaktik tədbirlər və dezinfeksiya işləri ən yüksək səviyyədə həyata keçirilir.

Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə, Mərkəzi Gömrük hospitalının həkim briqadası 24 saat müddətində çalışır. Beynəlxalq yükdaşımalar normal şəkildə həyata keçirilir. Yük avtomaşınları stasionar qurğudan keçərək dezinfeksiya olunur. Vətəndaşların sağlamlığı baxımından qısa fasilələr olur. Havalandırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm