Astara və Biləsuvar sərhəd keçid məntəqələri buna görə bağlanıbmış
23.02.2020 13:21 Cəmiyyət

Astara və Biləsuvar sərhəd keçid məntəqələri buna görə bağlanıbmış

"MediaPost" xəbər verir ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.


Xəbərlər departamenti

Gündəm