Ata və oğul həbs edilib
13.04.2020 15:20 Kriminal

Ata və oğul həbs edilib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "MediaPost"a verilən məlumata görə, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “VAZ-2115” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyənləşib.

Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar.

Xəbərlər departamenti

Gündəm