Ata 12 gündən sonra Şuşadan zəngi gələn oğlundan DANIŞDI: "Məni ağlatdı..."
11.11.2020 17:19 Hərbi

Ata 12 gündən sonra Şuşadan zəngi gələn oğlundan DANIŞDI: "Məni ağlatdı..."

"Axır ki, 12 gündən sonra oğlumdan, müqəddəs şəhərimiz Şuşadan zəng gəldi. Danışdım Sahilimlə".

"MediaPost" xəbər verir ki, bu sözləri "facebook" səhifəsində oğlu hərbi xidmətdə olan Aqşin Dadaşoğlu məlumat yayıb. 

O deyib: "Axır ki, 12 gündən sonra oğlumdan, müqəddəs şəhərimiz Şuşadan zəng gəldi. Danışdım Sahilimlə".

Deyir ki, "dədə, 6 gün ac-susuz qaldıq, bir an belə ruhdan düşmədik. Dişimizlə, dırnağımızla aldıq Şuşanı. Yanımda dostlarım Şəhid oldu, dədə..ən yaxın dostlarımı itirdim.. Kaş mən də Şəhid olardım..dədə..

Ağlatdın məni oğul, ağlatdın..

Sağ ol, qürurum oğul.

Bu vaxta kimi maraqlanan, soruşan, zəng vuran dostlara təşəkkür edirəm. Çox sağ olun".

Xəbərlər departamenti

Gündəm