Atasının 12 bıçaq vurduğu qızdan açıqlama - VİDEO
07.02.2020 15:00 Hadisə

Atasının 12 bıçaq vurduğu qızdan açıqlama - VİDEO

Amma bu olmuş hadisədir. 12 bıçaq zərbəsindən sonra sağ qalan və “Təmiz Dünya” İctimai Birliyinin sığınacağında yaşayan gənc qadın Lent.az -a danışdı. Onun başına gələn faciə ağlasığmaz dərəcədə dəhşətlidir.

Hələ 17 yaşı tamam olmamış onu ata evindən zorla qaçırtdılar. Lakin getdiyi ocaqda onu daha kədərli və faciəli günlər gözləyirdi.

10 ildən sonra boşandığını deyən qadın, məhkəmə zalından çıxarkən özünün və anasının atası tərəfindən bıçaqlandığını deyib. Anası da qızının boşanmağını istəməyərək, onu bu fikrindən daşınmağa təkid edirmiş. 10 il bu vəziyyətə dözərək yaşayan qadın, döyülərək ata evinə gəldiyini, darıxdığı üçün uşaqlarının yanına getdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşı 18-dən az olan şəxslərin nikaha daxil olmaları yolverilməzdir. Ancaq istisna hallarda 17 yaşlı qızların evliliyinə icazə verilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm