“Atəşgah Həyat” yığımlarının hər 100 manatının 54 manatını xərcləyib
28.02.2020 10:40 İqtisadiyyat

“Atəşgah Həyat” yığımlarının hər 100 manatının 54 manatını xərcləyib

“MediaPost” xəbər verir ki, “Atəşgah Həyat” sığorta şirkətinin bu ilin yanvarında yığımları 2 milyon 979 min manat, ödənişləri isə 1 milyon 605 min manat təşkil edib.

Şirkətin yığdığı hər 100 manatdan 54 manatı ödənişlərə sərf edilib. Ümumilikdə şirkət yığımlarının 53,8%-ni ödənişlərə xərcləyib.

Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında şirkətin yığımları 656 min manat və ya 28,2% artıb, ödənişləri isə 183 min manat və ya 10,2% azalıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar ayında sığorta şirkətinin yığımları 2 milyon 323 min manat, ödənişləri isə 1 milyon 788 min manat təşkil etmişdi.

Xəbərlər departamenti

Gündəm