Atəşkəs rejimi 21 dəfə pozulub
11.01.2020 07:05 Qarabağ Azərbaycandır

Atəşkəs rejimi 21 dəfə pozulub

Müdafiə Nazirliyindən "MediaPost"-a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm