ATƏT sədri Gürcüstandakı vəziyyətlə əlaqədar çağırış edib
“Tbilisidəki son hadisələri narahatlıqla izləyirəm”.
"MediaPost" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Enn Linde “Twitter” hesabında paylaşım edib.
"ATƏT-in fəaliyyətdə olan sədri olaraq mən bir daha bütün tərəfləri dərhal gərginliyi azaltmağa, dialoqu davam etdirməyə və ölkənin əldə etdiyi inkişafın qorunması üçün ATƏT öhdəliklərinə tam hörmətlə davranmağa çağırıram”, - deyə Linde qeyd edib.