Atışmalar səbəbilə onlarla efiopiyalı Sudana keçib
10.11.2020 16:45 Dünya

Atışmalar səbəbilə onlarla efiopiyalı Sudana keçib

Efiopiya ordusunun Tigray bölgəsində yerli hökuməti devirmək üçün gerçəkləşdirdiyi hərbi əməliyyatlar səbəbilə meydana gələn qarşıdurmalar nəticəsində aralarında əsgərlərin də olduğu onlarla efiopiyalı Sudana sığınıb.

"MediaPost" xəbər verir ki, Sudanın rəsmi xəbər agentliyi "SUNA"nın hadisə şahidlərinə istinadən yaydığı məlumatda ilk mülki qrupun Kadarifə keçdiyi qeyd olunub. Ən azı 30 Efiopiya əsgərinin də sərhədi keçdiyi bildirilib və təxminən 1 həftədir davam edən atışmalarda hər iki tərəfdən yüzlərlə insanın həyatını itirdiyi vurğulanıb. 

Məlumatda həmçinin, yerli rəsmilərin miqrantların qalması üçün sığınacaq hazırladıqları da ifadə olunub. 

Məlumat üçün bildirək ki, Efiopiya ordusu son olaraq Tigray bölgəsində strateji əhəmiyyətli Humera hava limanını ələ keçirib. 

Anara Mikail

Gündəm