“Atra Bank"ın əmlakı hərraca çıxarılır
28.11.2022 17:17 Maliyyə

“Atra Bank"ın əmlakı hərraca çıxarılır

Dekabrın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Atra Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

MediaPost xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149 ünvanında yerləşən 69,7 kv.metrlik mənzildən gedir. Əmlaka müvafiq olaraq 70 min manat qiymət qoyulub.

Xəbərlər departamenti

Gündəm