ATU-dan yenilik: Kolleclərdə təhsil alan tibb bacılarını nə gözləyir? - ŞƏRH
12.02.2020 09:58 Təhsil

ATU-dan yenilik: Kolleclərdə təhsil alan tibb bacılarını nə gözləyir? - ŞƏRH

Sözügedən qərar barədə “MediaPost”a açıqlama verən tibb tibb eksperti Adil Qeybulla yeniliyi müsbət qiymətləndirib. O, indiyə qədər tədris olunan tibb bacısı ixtisasının yetərli səviyyədə olmadığını bildirib:

“Bütün dünyada orta tibb təhsili 4 il müddətinə olur. Məsələn, qonşu Türkiyədə bu şəkildədir. Sovet dövründə olduğu kimi 3 illik tibb təhsili özünü doğrultmur. Bizdə kollecdə təhsil alan tibb bacıları peşəsini xəstənin üzərində öyrənirlər. Əslində isə onlar xüsusi hazırlıq kursları keçməli, praktiki vərdişlərə yiyələnməlidirlər. Bu da müəyyən bir dövr çəkir. Ona görə də tibb bacısı tədrisinin bu şəkildə dəyişdirilməsi məqsədəuyğundur. ATU-da yeni ixtisasın açılması orta səviyyəli tibb personalının yetişməsi üçün mühüm bir addım olacaq”.

Ekspert bu vaxta qədər tibb kolleclərində tibb bacısı ixtisası üzrə təhsil alan şəxslərin bundan sonrakı taleyi ilə bağlı yaranan suallara da münasibət bildirib:

“Düşünürəm ki, bu vaxta qədər kolleclərdə təhsil alan tibb bacılarına da xüsusi hazırlıqlar keçiriləcək, onların tibbi vərdişlərinin yüksəldilməsi üçün kurslar və s. təşkil olunacaq. Yəqin ki, bu sonrakı addımdır”.

Xəbərlər departamenti

Gündəm