ATV-yə yeni İcraçı direktor təyin olunub
30.12.2019 10:10 Daxili siyasət

ATV-yə yeni İcraçı direktor təyin olunub

Televiziyadan "MediaPost"a verilən məlumata görə, "Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.

Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji İnkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm