Avro 2 manatdan aşağı düşdü
11.08.2020 07:40 Maliyyə İqtisadiyyat

Avro 2 manatdan aşağı düşdü

Azərbaycanda avronun rəsmi məzənnəsi 0,03% azalıb.

“MediaPost” xəbər verir ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, avronun məzənnəsi 1,9979 manat müəyyən olunub. 

Xatırladaq ki, avronun rəsmi məzənnəsi 30 iyul tarixində 2 manatı keçərək 2,0003 manat olmuşdu.

Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub, Rusiya rublunun məzənnəsi isə 0,4% azalaraq 0,0231 manat təşkil edib.

Könül Vəliyeva

Gündəm