AVRO-2020: Azərbaycan millisi son oyunda da məğlub olub
Azərbaycanın futbol üzrə milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Mediapost.az-ın məlumatına görə, Nikola Yurçeviçin yetirmələri qonaq meydanda Slovakiya ilə görüşüb.
Final mərhələsinə yüksəlmək şansı olan yığma komandamız rəqibləri 2:0 hesabı ilə qalib gəlib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Azərbaycan millisi rəqibin təzyiqinə 19 dəqiqə tab gətirə bilib. Slovakiyanın heyətində Robert Bojenik fərqlənib.
Oyunun ikinci hissəsində isə Azərbaycan millisi hücumlar təşkil etsə də, Marek
Hamşik növbəti qolu Emil Balayevin qoruduğu qapıdan keçirib.
Qeyd edək ki, yığma komandamız qrup mərhələsində 1 xalla sonuncu pillədə qərarlaşıb.
AVRO-2020-nin seçmə mərhələsi
X tur
19 noyabr
E qrupu
23:45. Slovakiya – Azərbaycan - 2:0
Qollar: Bojeník, 19, Hamşik, 86
Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 9.
Robert Bojeník, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik
(k), 19, Yuray Kuçka, 22. Stanislav Lobotka, 7. Lukaş Haraslin, 11.
Matuş Bero, 15. Norbert Qyomber
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holek,
5. Lyubomir Şatka, 4. Martin Valyent, 6. Yan Qrequş, 8. Andrey Duda, 13.
Patrik Qroşovski, 20. Nikolas Şpalek, 18. Samuel Mraz, 21. Mixal Duriş,
10. Albert Ruşnak, 3. Denis Vavro,
Baş məşqçi: Pavel Hapal
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3.
Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal
İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov,
18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi
Cənnətov, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 15. Şəhriyar Əliyev,
17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 7. Araz Abdullayev, 13. Dmitri
Nazarov, 20. Riçard Almeyda, 21. Pavel Paşayev, 5. Elvin Camalov
Baş məşqçi: Nikola Yurçeviç
Hakimlər: Sergey Boyko, Vladimir Volodin, Semyon Şlonçak, Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
UEFA nümayəndəsi: Skott Struters (Şotıandiya)