AVRO-2020-nin püşkü atılıb: Türkiyə Bakıda oyun keçirəcək
Mediapost..az-ın məlumatına görə, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşib.
A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.
AVRO-2020-də paytaxtda keçiriləcək oyunların təqvimi müəyyənləşib.
İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.
"Bakını istəyirdik. Azərbaycanda, Bakıda öz meydanımızdakı kimi oynayacağıq" - püşkatmanı dəyərləndirən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş belə deyib.
Püşkün nəticələri belə olub:
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya