AVRO-2025: Azərbaycanın qadınlardan ibarət basketbol millisinin rəqibləri bəlli olub
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsindəki rəqibləri bəlli olub.
MediaPost-un məlumatına görə, yığma Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Oyunlar noyabrda start götürəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.