Avropa Liqası: "Qarabağ" APOEL-ə məğlub olub - VİDEO - NƏTİCƏLƏR
08.11.2019 06:00 Gündəm

Avropa Liqası: "Qarabağ" APOEL-ə məğlub olub - VİDEO - NƏTİCƏLƏR

Azərbaycanı Avroliqada təmsil edən "Qarabağ" turnirdə növbəti matçına çıxıb.

Mediapost.az-ın məlumatına görə, Ağdam klubu Kiprdə APOEL-lin qonağı olub. Oyuna təmsilçilərimiz qolla başlasa da, "Qarabağ" meydanı məğlub tərk edib. Belə ki, matçın 10-cu dəqiqəsində Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Kipr klubu eyni xala malik "Qarabağ"la 2-3-cü yerləri bölüşür.

Qrupunun digər qarşılaşmasında autsayder "Düdelanj" öz meydanında böyük hesabla İspaniyanın "Sevilya" klubuna məğlub olub. 12 xala sahib olan ispanlar qrupda birinci yerdədir.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

A qrupu

21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 2:1

21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya) - 2:5

Xal durumu: "Sevilya" - 12, APOEL - 4, "Qarabağ" - 4, "Düdelanj" - 3.

B qrupu

21:55. "Kopenhagen" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

21:55. "Luqano" (İsveçrə) - "Malmö" (İsveç) - 0:0

Xal durumu: "Kopenhagen" - 6, "Dinamo" - 6, "Malmö" - 5, "Luqano" - 2

C qrupu

21:55. "Bazel" (İsveçrə) - "Xetafe" (İspaniya) - 2:1

21:55. "Krasnodar" (Rusiya) - "Trabzonspor" (Türkiyə) - 3:1

Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 6, "Xetafe" - 6, "Trabzonspor" - 1.

D qrupu

21:55. "Rusenborq" (Norveç) - "Sportinq" (Portuqaliya) - 0:2

21:55. LASK (Avstriya) - PSV (Hollandiya) - 4:1

Xal durumu: "Sportinq" - 9, LASK - 7, PSV - 7, "Rusenborq" - 0

E qrupu

21:55. "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya) - 1:2

21:55. ÇFR (Rumıniya) - "Renn" (Fransa) - 1:0

Xal durumu: "Seltik" - 10, ÇFR - 9, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

21:55. "Standard" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:1

6 noyabr

21:55. "Gimaraynş" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:1

Xal durumu: "Arsenal" - 10, "Standard" - 6, "Ayntraxt" - 6, "Gimaraynş" - 1.

G qrupu

23:00. "Feyenoord" (Hollandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Portu" (Portuqaliya) - 2:0

Xal durumu: "Yanq Boyz" - 7, "Reyncers" - 7, "Portu" - 4, "Feyenoord" - 4.

H qrupu

24:00. "Espanyol" (Espanyol) - Lüdoqorets" (Bolqarıstan) - 6:0

24:00. "Ferentsvaroş" (Macarıstan) - MOİK (Moskva, Rusiya) - 0:0

Xal durumu: "Espanyol" - 10, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 5, MOİK - 1

I qrupu

24:00. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:3

24:00. "Aleksandriya" (Ukrayna) - "Sent-Etyen" (Fransa) - 2:2

Xal durumu: "Gent" - 8, "Volfsburq" - 5. "Sent-Etyen" - 3, "Aleksandriya" - 3.

J qrupu

24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Roma" (İtaliya) - 2:1

24:00. "Volfsberq" (Avstriya) - "Başakşehir" (Türkiyə) - 0:3

Xal durumu: "Başakşehir" - 7, "Borussiya" - 5, "Roma" - 5, "Volfsberq" - 4.

K qrupu

24:00. "Braqa" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 3:1

24:00. "Vulverhempton" (İngiltərə) - "Slovan" (Bratislava, Slovakiya) - 1:0

Xal durumu: "Braqa" - 10, "Vulverhempton" - 9, "Slovan" - 4, "Beşiktaş" - 0.

L qrupu

19:50. "Astana" (Qazaxıstan) - AZ (Hollandiya) - 0:5

24:00. "Mançester Yunayted" (İngiltərə) - "Partizan" (Serbiya) - 3:0

Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 8, "Partizan" - 4, "Astana" - 0.

Xəbərlər departamenti

Gündəm