Avropa Liqası: "Qarabağ" tarixi şansı qaçırıb
29.11.2019 06:05 Gündəm

Avropa Liqası: "Qarabağ" tarixi şansı qaçırıb

Mediapost.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri İspaniyada “Sevilya” ilə görüşüb.

Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsə yiyələnən meydan sahibəri fasiləyə qədər qol vura bilməyib.

Ağdam klubu isə müdafiəyə qapanaraq ümidlərini əks-hücumlara bağlayıb.İkinci hissə də eyni ssenari ilə başlayıb.

Böyük üstünlüyə malik “Sevilya” təzyiqi daha da artırmağa davam edib. Təmsilçimiz bu təzyiq qarşısında tab gətirməyib. Meydan sahiblərinin 18 yaşlı futbolçusu Brayan Xil avrokuboklardakı debüt matçında hesabı açıb. Oyunun irəliləyən dəqiqələrində üstün oyun sərgiləyən ispaniyalılar hesab arasındakı fərqi ikiyə çatdırıb.

Beləliklə, “Qarabağ” növbəti məğlubiyyətini alaraq qrupda qalıb.

Avropa Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr
A qrupu
00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qol:
Brayan Gil, 61, Dabbur, 90+2
Baş hakim: Mohammed Əl-Hakim
Baş hakimin köməkçiləri: Fredrik Kliver, Mahbod Beigi
Dördüncü hakim: Martin Stromberqsson (hamısı İsveç)
Hakim-inspektor: Laurent Duhamel (Fransa)
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya)
“Sevilya”: 13.

Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço, 7. Roni Lopes, 9. Munas

Dabbur, 11. Munir, 14. Çiçarito, 15. Alexandro Pozo, 17. Nemanya

Qudeli, 18. Serxio Eskudero, 21. Oliver Torres
Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik, 5. Lukas Okampos, 12. Yules Kunde, 22. Franko Vaskes, 26. Joze Mena, 30. Brayan Xil, 34. Felipe Çakartegi.
Baş məşqçi: Xulen Lopeteqi
“Qarabağ”:

1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov,

9. Xayme Romero, 5. Maksim Medvedev (k), 8. Miçel, 17. Abdullah Zubir,

20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13.

Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad

Sadıqov, 11. Mahir Emreli, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras
Baş məşqçi: Qurban Qurbanov

Xəbərlər departamenti

Gündəm