Avropa Şurasının baş katibi Ali Məhkəmənin qərarlarını alqışladı
23.04.2020 17:10 Xarici siyasət

Avropa Şurasının baş katibi Ali Məhkəmənin qərarlarını alqışladı

“MediaPost” xəbər verir ki, Avropa Şurasının baş katibi bununla bağlı bəyanat yayıb.

"İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən bəraət alması alqışlanmalıdır”, - bəyanatda qeyd olunub.

M.Peyçinoviç-Buriç bu qərarların məhkəmə qərarlarının icrasına nəzarət kontekstində Komitə tərəfindən nəzərə alınacağını bildirib.

Baş katib Avropa Şurasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu da vurğulayıb.

Xəbərlər departamenti

Gündəm