Avropada koronavirusun mərkəzində geriləmə: bəzi müəssisələr işə başlayır
13.04.2020 14:59 Dünya

Avropada koronavirusun mərkəzində geriləmə: bəzi müəssisələr işə başlayır

"MediaPost"un məlumatına görə, bu barədə İspaniya Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Rəsmi rəqəmlərə görə, son 24 saatda İspaniyada koronavirusdan 517 nəfər ölüb. Bu, 20 martdan bu yana, son üç həftə ilə müqayisədə ölüm hallarında qeydə alınmış ən aşağı rəqəmdir.

Bundan əlavə, İspaniya hökuməti iki həftəlik karantin rejimindən sonra ağır sənaye və inşaat sektorunda, qida və rabitə sahələrində çalışan şəxslərin işə qayıda biləcəyini açıqlayıb. Ölkədə bir sıra siyasətçilər və ekspertlər belə bir qərarın verilməsinin erkən olduğunu bildiriblər.

Xatırladaq ki, İspaniya dünya ölkələri arasında koronavirus ölümlərinin sayına görə ABŞ və İtaliyada sonra üçüncü yeri tutur. Bu ölkədə ümumilikdə 169 496 nəfər koronavirusa yoluxub, onlardan 17 489-u vəfat edib.

Xəbərlər departamenti

Gündəm