Avropada qazın qiyməti 2021-ci ilin may ayından bəri ilk dəfə olaraq 300 dollardan aşağı düşüb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 300 dollardan aşağı düşüb.
MediaPost xəbər verir ki, bu, London ICE birjasının statistikasına görə, 20 may 2021-ci ildən bəri ilk dəfədir belə olub.
Hollandiyanın TTF qovşağında iyun fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 297,06 dollara düşüb.
Avropada qazın qiyməti qaz anbarlarının yüksək doldurulması, maye qazın rekord həddə düşməsi və havaların isti keçməsi fonunda ucuzlaşır. May ayında Avropada yeraltı anbarlara qaz vurulması göstəricisi ötən illə müqayisədə 32% aşağı və son illərin ən aşağı göstəricilərindən biri olaraq qalır. Eyni zamanda, anbarların doluluğu təqribən 66,5% təşkil edir - bu zaman üçün ikinci maksimum göstəricidir.