Avstraliya və ABŞ-da koronavirusdan ilk ölüm faktı qeydə alındı
01.03.2020 08:19 Dünya

Avstraliya və ABŞ-da koronavirusdan ilk ölüm faktı qeydə alındı

“Report”un məlumatına görə, bu barədə “ABC” ştatın rəsmisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Avstraliyada virusun ilk qurbanı, “Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 79 yaşlı kişidir.

Onun həyat yoldaşı da gəmidə olarkən koronavirusa yoluxub. Hazırda qadının vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Avstraliyada COVID-19 koronavirusuna yoluxanların sayı 25 nəfərdir. Onların 15-i tam sağalıb.

“Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 9 nəfər isə “Darvin” klinikalarında müalicə alır.

Bundan əlavə, ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Cümə günü ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm