Avstraliyada minlərlə dəvə məhv ediləcək
08.01.2020 16:56 Cəmiyyət

Avstraliyada minlərlə dəvə məhv ediləcək

"MediaPost"un Trend-ə istinadən məlumatına görə, ümumilikdə 10 minədək dəvənin öldürülməsi planlaşdırılır.

Qeyd olunur ki, dəvələr həddindən artıq su içir və bununla da meşə yanğınlarının söndürülməsi üçün lazım olan su ehtiyatlarını azaldır.

Dəvələrin bəzən su axtarışı ilə aborigenlərin evinə daxil olduğu da deyilir.

Heyvanların məhv edilməsi üzrə beşgünlük kampaniya həyata keçiriləcək.

Dəvələrin cəsədlərinin yandırılacağı və ya basdırılacağı bildirilir.

Xəbərlər departamenti

Gündəm