Avstriyada qatarda YANĞIN - 45 nəfər tüstüdən zəhərləndi
08.06.2023 06:09 Dünya

Avstriyada qatarda YANĞIN - 45 nəfər tüstüdən zəhərləndi

Vyanadan Amsterdama gedən qatarda yanğın baş verib.

MediaPost “lematin.ch” saytına istinadla xəbər verir ki, yanğına Avstriyanın İnsburq şəhəri yaxınlığındakı tuneldə kontakt xəttinin qırılması səbəb olub. Hadisə nəticəsində qatarda olan onadək avtomobil yanıb. Xilasedicilər 200 sərnişini təxliyə edib, alov söndürülüb.

Yerli polisin məlumatına görə, 45 nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub.

Xəbərlər departamenti

Gündəm