Avtobusda maska əvəzinə ağzına ilan dolayıb gəzir
16.09.2020 09:37 Dünya

Avtobusda maska əvəzinə ağzına ilan dolayıb gəzir - FOTOLAR

İngiltərənin Manchester şəhərində yaşlı bir kişi ilanı maska ​​əvəzinə boynuna və ağzına bükərək avtobusa minib.

"MediaPost"  “Daily Mail”ə istinadən xəbər verir ki, avtobusun şoka düşmüş sərnişinləri isə qorxudan kişiyə yaxınlaşa bilməyib və buna etirazlarını bildiriblər.

Məsələ ilə bağlı polis araşdırmaya başlayıb və ilanla avtobusa əyləşən sərnişini saxlayaraq cərimələyib. 

Xəbərlər departamenti

Gündəm