Avtobusların gecikmə səbəbi ilə bağlı AÇIQLAMA
20.01.2021 15:51 Şikayətim var

Avtobusların gecikmə səbəbi ilə bağlı AÇIQLAMA

Tez-tez vətəndaşlar avtobuslarla bağlı şikayətlər edirlər. 

"MediaPost"a daxil olan şikayətlərdən biri 96 saylı marşrutla bağlıdır. Şikayətdə bildirilir ki, sözügedən avtobus pis qrafiklə işləyir:

"Hər avtobuslararası interval təxminən 40 dəqiqə və daha çox olur. Əgər xətt yararsızdırsa, onu bağlamaq və ya bu xəttin istifadəsinə yeni avtobuslar vermək lazımdır". 

Şikayətlə bağlı "MediaPost"a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Xaliq Faiqoğlu MMC-nin müvəqqəti istimarında olan 96 saylı müntəzəm marşrut xətti üzrə daşıyıcının verdiyi məlumata görə gündəlik xəttə 10 ədəd avtobus çıxarılır:

"Avtobuslararası interval isə 10 dəqiqə olaraq müəyyən edilib. Sərnişinimizi narahat edən məsələylə bağlı daşıyıcı şirkət qarşısında tapşırıqlar müəyyən edilib. Tapşırığımıza əsasən avtobusların sayı artırılacaq və intervalın tənzimlənməsi üçün daşıyıcı tərəfindən tədbirlər görüləcək. Lakin bir məqamı da qeyd edim ki, bu marşrut xətti üzrə avtobusların hərəkət sxeminə aid olan yollardakı sıxlıq və tıxac halları intervalın bir qədər gecikməsinə səbəb olur". 

Məleykə Ağasoy

Gündəm