"İkinci əl" avtomobil satışı niyə sürətlə artır? - VİDEO
21.09.2020 11:02 İqtisadiyyat

"İkinci əl" avtomobil satışı niyə sürətlə artır? - VİDEO

Azərbaycanda avtomobil parkı sürətlə köhnəlməkdə davam edir. 2015-ci ildə ölkə üzrə satılan avtomobillərin 93,4%-i yeni avtomobillər idisə, 2019-cu ildə bu rəqəm 29,6%-ə düşüb. Yəni, köhnə avtomobillərə maraq kəskin artıb. Köhnə avtomobillərə yaradılan süni tələbat auksionla ABŞ, Cənubi Koreya, Almaniya və digər ölkələrdən gətirilən qəzalı avtomobillərin Azərbaycan bazarına yol tapmasına şərait yaradır. Bu isə bir sıra fəsadları ortaya çıxarıb.

Azərbaycan Avtomobil Dilerləri Assosasiyasının nümayəndəsi (AADA), avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də “MediaPost”a müsahibəsində ölkədə avtomobil parkının köhnəlməsinə təsir edən əsas amillər və bunun fəsadları haqqında danışıb.

 

Rahim Tarıverdiyev

Gündəm