Avtomobil bazarındakı durğunluğun səbəbləri nədir? - Ekspertdən AÇIQLAMA
16.09.2023 16:50 Cəmiyyət

Avtomobil bazarındakı durğunluğun səbəbləri nədir? - Ekspertdən AÇIQLAMA

Bu ilin avqust ayında avtomobil bazarında olan aktivliyin iyula nisbətən daha azlıq təşkil etdiyi müşahidə olunub. Alıcılar avtomobil almaq üçün əvvəlki kimi bazarlara müraciət etmir və ya bazar qiymətləri ilə razılaşmırlar.

“MediaPost”a açıqlama verən iqtisadçı, “Avtohərrac” MMC-nin icraçı direktoru Toğrul Fərzullayev bildirib ki, maşın bazarlarındakı durğunluğun səbəbi bir neçə amildən asılıdır:

alt text

“İlk növbədə əhalinin alıcı qabiliyyətinin düşməsi, inflyasiyanın sürətlənməsi və buna görə də əhalinin daha vacib məhsullara diqqətinin yönəlməsini göstərmək olar.  Bununla yanaşı mövsümi nüansın da burada rolu var. Hər il yaydan payıza keçən mövsümdə avtomobil bazarında durğunluq olur.

Üçüncü ən böyük və əsas amil isə ondan ibarətdir ki, xaricdən, Amerika və Koreyadan və digər ölkələrdən Azərbaycana avtomobillərin gətirilməsi çox asanlaşdırılıb. Əhali üçün bu əlçatan olduğuna görə hamı mövcud bazardan daha ucuz avtomobili özü üçün gətirə bilir”.

Ekspert əlavə edib ki, mövcud qanunvericilikdə hər bir Azərbaycan vətəndaşına iki avtomobilin vergisiz gətirilməsi də maşın bazarındakı satışlara öz təsirini göstərir.

Sevinc İbrahimzadə

Gündəm