Azərbaycanda avtomobil istehsalı azaldı
16.10.2020 15:54 Sənaye

Azərbaycanda avtomobil istehsalı azaldı

Azərbaycanda 2020-ci ilin 9 ayında 1382 әdәd minik avtomobili istehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% və ya 306 әdәd azdır.

"MediaPost" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin oktabr ayının 1-nə hazır mәhsul ehtiyatı 183 ədəd təşkil edib. Təkcə sentyabr ayında isə 212 ədəd minik avtomobili yığılıb.

Bu ilin yanvar-sentyabr aylarında 220 ədəd traktor yığılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 73.7% azdır. Sentyabrda 55 ədəd traktor yığılıb. 

Xatırladaq ki, Azərbaycanda minik avtomobillərinin yığımını Naxçıvan Avtomobil Zavodu və “Azərmaş” (Neftçala Avtomobil Zavodu), traktorların istehsalını isə Gəncə Avtomobil Zavodu həyata keçirir. 

Rahim Tarıverdiyev

Gündəm