Avtomobillərdən oğurluq edən keçmiş məhkum saxlanıldı
10.01.2020 13:28

Avtomobillərdən oğurluq edən keçmiş məhkum saxlanıldı

Daxili İşlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən mobil telefon, gödəkçə, monitor, maqnitofon və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini Z.Nurəliyev saxlanılıb.

Bildirilir ki, adı çəkilən şəxs əvvəllər də məhkum olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm