Avtomobillərin icbari sığortası ilə şirkətlərin “başı dərddə”
02.03.2020 07:58 İqtisadiyyat

Avtomobillərin icbari sığortası ilə şirkətlərin “başı dərddə”

“MediaPost” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, avtomobillərin icbari sığortası üzrə zərərlilik 87% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sığorta növündə zərərlilik 83% olub.

Belə ki, bu ilin yanvar ayına olan məlumata görə, sığorta şirkətlərinin avtomobillərin icbari sığortası üzrə yığımları 6 milyon 925 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 413,7 min manat və ya 6,3% çoxdur. Ötən il bu göstərici 6 milyon 512 min manat təşkil etmişdi.

Həmçinin şirkətlərin ödənişlərində də artım olub. Bu ilin yanvar ayında sığorta şirkətləri 6 milyon 060 min manat ödəniş edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 627,1 min manat və ya 11,5% çoxdur. Belə ki, ötən ilin yanvar ayında bu sığorta növündə ödənişlərin məbləği 5 milyon 432 min manat təşkil etmişdi.

Xəbərlər departamenti

Gündəm