Axtarılan 30 yaşlı Cəmilə Türkiyədə tapıldı
07.04.2021 20:21 Cəmiyyət

Axtarılan 30 yaşlı Cəmilə Türkiyədə tapıldı

Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

"MediaPost" bildirir ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının "Məni axtarmayın" qeydinin ona məxsus olmadığını iddia etmişdi.

Xəbərlər şöbəsi

Gündəm