Aygün Kazımovadan Filipp Kirkorov barədə - AÇIQLAMA
15.10.2020 14:31 Şou-biznes

Aygün Kazımovadan Filipp Kirkorov barədə - AÇIQLAMA

Xalq artisti Aygün Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı açıqlama yayıb.

“MediaPost” xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:

“Filipplə əlaqə saxlamağı özümə borc bildim və telefon danışığımızı olduğu kimi sizə təqdim edirəm:

 

“Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz! Bu xəbərlər yalandır! Böhtandır! Belə bir addım atılmayıb!

Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm”

 

Bu xəbər Filipi də çox sarsıtdı. Əziz həmvətənlərim, çıxan xəbərlər tamamilə yalandır, araşdırmadan bir-birimizi top atəşinə tutmayaq! Unutmayaq ki, bizi düşmən izləyir!

Yeri gəlmişkən, Filipp bu günə qədər nə “Can Rusiya”, nə Bolqarıstan, nə də “Can Ermənistan” oxumayıb. Amma “Can Canım Azərbaycanım” ifa edib. Bu mahnıya görə ermənilər Filippi top atəşinə tuturlar, İnstaqram səhifələrində və saytlarında təhqirlər yağdırırlar. Müharibə tək öncəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsi. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq”.

Pərviz Hüseyn

Gündəm