Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi
20.04.2021 23:46 Dünya

Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi

Dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun həyat yoldaşı Mariya Aytmatova koronavirusdan dünyasını dəyişib.

"MediaPost" xəbər verir ki, Aytmatovun gəlini Sabirə Aytmatova sosial şəbəkədə yazıb. Yazıçının xanımı 79 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Qırğızıstan Prezidenti Sadır Japarov Mariya Aytmatovanın ölümü ilə əlaqədar yazıçının ailəsinə başsağlığı verib.

Xəbərlər şöbəsi

Gündəm