Ayxan Hacızadə: "İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir"
14.08.2023 23:49 Xarici siyasət

Ayxan Hacızadə: "İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir"

İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.

MediaPost xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında qeyd edib.

“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi qeyd edib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm