Azad Rəhimov komaya düşüb - İDDİA
Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşdüyü iddia olunur.
"MediaPost" xəbər verir ki, bu barədə unikal.org məlumat yayıb.
Sayt yazır ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. Onun təcili ABŞ-a aparıldığı, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulduğu bildirilir.
Məlumata görə, cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.
"Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir", - deyə sayt iddia edir.