AZAL-dan qalmaqallı paylaşımla bağlı açıqlama: “Yeməyi biz bişirmirik” - <span>VİDEO</span>
04.05.2021 15:55 Gündəm

AZAL-dan qalmaqallı paylaşımla bağlı açıqlama: “Yeməyi biz bişirmirik” - VİDEO

AZAL-ın ev və ofislərə yemək çatdırılması ilə bağlı yeni xidməti fəaliyyətə başlayıb. Qurum bununla bağlı sosial media hesabında məlumat yerləşdirib.  

Lakin bu məlumat sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilərin bir qismi paylaşımı ələ salaraq, yemək setlərinin qiymətinin biletləri qədər baha olmasına diqqət çəkib.

Bir qisim isə bu cür yeniliklərdənsə, xidmətlərinin qiymətini aşağı salmağı tələb edib.

Qeyd edək ki, şirkətin yemək setlərilə bağlı qiymətləri 13 manatdan başlayır. Ekonom sinif üçün səhər yeməyi və nahar eyni qiymətə - 13 manata təklif olunur. Biznes sinifdə səhər yeməyi 36 manat, nahar isə 66 manatdır.

Bununla bağlı  “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski “MediaPost”a açıqlama verib. O bidlrib ki, bununla bağlı məlumatı əməkdaşlıq etdikləri ketrinq şirkəti ilə dəqiqləşdirmək lazımdır.

Xidməti həyata keçirən “ASG  Sky Catering” şirkəti ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı Adil Qasımov “MediaPost”a açıqlama verib. O bildirib ki, yenilik etmək istədik.

 

Məleykə Ağasoy

Gündəm