Azər Qasımlı ReAL-dan istefa verib - AÇIQLAMA
ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.
Mediapost.az xəbər verir ki, bu barədə A.Qasımlı partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə deyib.
O, həmçinin partiyadan istefa vermə səbəbini açıqlayıb və siyasətdən getməyəcəyini qeyd edib:
"Mən istəyirdim ki, ReAl iki hissəyə bölünməsin. Mən bu prosesin
qarşısını almaq istədim. ReAL-da avtoritar rejim qurulub. Kollektiv
qərarvermə ciddi zədələnib. Mövqeyim dəyişilməyib. Hazırda partiya qurmaq fikrim yoxdur".