Azərbaycan Avstriyaya başsağlığı verdi
"Vyanada baş verən dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Yaralananların hamısının tezliklə yaxşılaşmasını diləyirik".
"MediaPost" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorizmin bütün formalarını və təzahürlərini pisləyir" - məlumatda qeyd edilib.