Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib
24.11.2022 17:45 Gündəm

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib.

AzEdu.az xəbər verir ki bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib.

Sessiyalarda Azərbaycan FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli təmsil edib.

Sessiyada BMMT-nin İcraiyyə Şurasına üzvlük məsələsi üzrə fikir mübadiləsi aparılıb, Şuranın yeni tərkibi müəyyən olunub.

news department

Gündəm