Azərbaycan bir ayda Türkiyəyə 87,6 mln dollarlıq qaz satıb
20.02.2021 12:28 Energetika

Azərbaycan bir ayda Türkiyəyə 87,6 mln dollarlıq qaz satıb

Yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 mlrd 120 mln 220 min kubmetr həcmində təbii qaz ixrac edib.

“MediaPost”un Dövlət Gömrük Komitəsinin məlumatına əsasən verdiyi xəbərə görə,  bu həcmdə təbii qazın dəyəri 100 mln 026 min ABŞ dolları təşkil edib.

Yanvar ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 007 mln 604 min kubmetr miqdarında, 87 mln 630 min dollar dəyərində, Gürcüstana isə 112 mln 615 min kubmetr həcmində, 12 mln 396 min dollar dəyərində təbii qaz ixrac edilib.

Xəbərlər departamenti

Gündəm