"Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri inkişaf edəcək" - ŞƏRH
04.02.2020 12:41 İqtisadiyyat

"Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri inkişaf edəcək" - ŞƏRH

Milyonlarla seçici Böyük Britaniyanın AB-də qalıb-qalmamağını müəyyənləşdirmək üçün səs veriblər. Səsvermənin nəticələrinə görə, 52% AB-dən ayrılmağa, 48% isə qalmaq üçün səs verib.

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması birliyin həmçinin maliyyə qaynaqlarından birini itirməsi anlamına gəlir. Bu məsələdən sonra AB üzünü Asiya və Şərq ölkələrinə çevirib. Burada əsas məqsədlərdən biri də itirilmiş maliyyə mənbəyini yenidən bərpa etməkdir.

Bəs bu prosesin Azərbaycan üçün nəticələrə nə ola bilər?

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri inkişaf edəcək

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən iqtisadçı Tahir Mirkişili bildirib ki, Azərbaycanın Avropa Birliyi ilə iqtisadi münasibətləri sürətlə inlişaf edir:

"Ölkəmizin AB ilə xarici ticarət əlaqlərində Böyük Britaniyanın payı 2019-cu ildə 5.4% olub. Ümumulikdə, 2019-cu ildə Azərbaycanın ixracında Böyük Britaniyanın payı 2.4%, idxalında isə 1.7% təşkil edib. Göründüyü kimi rəqəmlər böyük deyil. Amma Böyük Britaniyanın AB-dən ayrılması ilə gözlənilir ki, o daha aktiv və fərqli beynəlxalq iqtisadi siyasət yürüdəcək. Bizim regionda daha fəal olacaqlar. Bu baxımdan Azərbaycan - Böyük Britaniya iqtisadi əlaqələrinin inkişaf edəcəyini gözləmək olar. Çünki regionda ən böyük potensiala malik ölkə Azərbaycandır".

Xəbərlər departamenti

Gündəm