Azərbaycan Budapeştdə energetika nazirlərinin iclasında iştirak edəcək
20.11.2023 12:39 Siyasət

Azərbaycan Budapeştdə energetika nazirlərinin iclasında iştirak edəcək

Noyabrın 21-də Macarıstanın Budapeşt şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 5-ci iclası keçiriləcək.

MediaPost-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda nazirlərin 4-cü iclasında qəbul olunmuş məsələlər üzrə görülən işlər, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində yerinə yetirilən tədbirlərin cari vəziyyəti və layihə üzrə qarşıda duran vəzifələrin müzakirəsi nəzərdə tutulur.

Xəbərlər departamenti

Gündəm