“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkətinin rəhbərliyinə təyinat olub
18.09.2023 10:39 İnfrastruktur

“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkətinin rəhbərliyinə təyinat olub

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Əmlak” MMC-nin rəhbərliyinə təyinat olub.

MediaPost report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Elçin Niyazova həvalə edilib.

O, bu vəzifədə Fərid Hüseynovu (ADY-yə məxsus "ADY Servis" MMC-nin qanuni təmsilçisi) əvəzləyib.

Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır.

Xəbərlər departamenti

Gündəm