"Azərbaycan döyüşdə yeni taktika nümayiş etdirdi" - rusiyalı ekspert
11.11.2020 16:41 Dünya Qarabağ Azərbaycandır

"Azərbaycan döyüşdə yeni taktika nümayiş etdirdi" - rusiyalı ekspert

"Azərbaycan Qarabağda gedən hərbi əməliyyatlarda yeni döyüş taktikasını nümayiş etdirdi". 

"MediaPost" xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Dmitri Litovkin bildirib.

"Əvvəla, mövqelərdə erməni qoşunlarını məğlubiyyətə uğradan, tərkibində pilotsuz uçuş aparatları olan yüksək texnoloji silahlardan istifadə edərək müasir müharibə variantını gördük. Biz Azərbaycanın yeni döyüş taktikası nümayiş etdirdiyi və Ermənistanın 30 il ərzində dərs almadığını gördük. Amma üçtərəfli razılaşma olmasaydı, o zaman, bu münaqişənin Ermənistan üçün nəticələri daha acınacaqlı olardı", - deyə ekspert qeyd edib.

Anara Mikail

Gündəm