Azərbaycan əleyhinə yönələn məhsul satışdan çıxarıldı
05.08.2020 14:57 Gündəm Cəmiyyət

Azərbaycan əleyhinə yönələn məhsul satışdan çıxarıldı

“Amazon” onlayn satış platformasındakı Azərbaycan bayraqlı tualet aksessuarları həmyerlimiz tərəfindən satışdan çıxarılıb.

“MediaPost” xəbər verir ki, bu barədə “Amazon”da çalışan azərbaycanlı Yaşar Əhmədli məlumat verib. O bildirib ki, Amazonda satılan Azərbaycan bayraqlı tualet aksessuarlarının hamısı 3-cü tərəf satıcıların (yəni Amazona aid olmayan) məhsulları olub:

“Rəsmi olaraq “offensive product” (təhqiramiz məhsul) olaraq etiketlənib və satışdan yığışdırılıb”, - deyə o qeyd edib.

Y.Əhmədli xahiş edib ki, əgər yenə də “Amazon”da bənzər məhsullar varsa, saytdan silinməsi üçün ona müraciət etsinlər.

Xəbərlər şöbəsi

Gündəm