Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04.03.2021 14:54 Hərbi

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Can Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər çalışmağa davam edirik. Altı həftə davam edəcək təlimlər üçün Ispartaya gələn qəhrəman Azərbaycan Ordusunun hərbçilərini hava limanında qarşıladıq”, - deyə məlumatda qeyd olunub.

Xəbərlər şöbəsi

Gündəm