Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana səfər etdi
07.06.2021 17:18 Hərbi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana səfər etdi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.

Xəbərlər departamenti

Gündəm