Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqlər keçirilib
16.04.2020 16:20 Hərbi

Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Xəbərlər departamenti

Gündəm